AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri, b.e.d. Tofiq Allahverdiyev və b.ü.f.d. Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova, Hüceyrənin membran sistemləri laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Durna Əliyeva və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova 06 iyun 2022-ci il tarixində AR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyə zamanı Qobustan BTS-in sahələrində gedən taxıl biçini prosesi izlənilib, tədqiq olunmuş buğda sortlarının və hibridlərinin məhsuldarlığı qiymətləndirilib, bitki nümunələrinin biçin öncəsi aqronomik əlamətləri öyrənilib. Stansiyanın direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov burada həyata keçirilən elmi-tədqiqat işləri, alimlər tərəfindən dəmyə şəraiti üçün yaradılmış buğdanın “Qobustan”, “Ləqayətli 80”, “Ruzi 84”, “Baba 75” və s. sortlarının əkin sahələri barədə institut əməkdaşlarına ətraflı məlumat verib.