sa sa 763
Qurban bayramınız mübarək! İyl 09, 2022 | 09:00 / Mühüm hadisələr

Bu gün dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramıdır. Azərbaycan xalqı insanları halallığa və paklığa səsləyən Qurban bayramını əsrlər boyu, hətta tarixin ən mürəkkəb dövrlərində belə özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı hər il Azərbaycanda dövlət səviyyəsində, xüsusi təntənə ilə, bütün adət və ənənələri yerinə yetirilməklə qeyd olunur. Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, hər birimizin mənəvi borcudur. Qoy bu əziz bayram Azərbaycan xalqına dinclik, bolluq və bərəkət gətirsin.