sa sa 811
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların attestasiyası keçirilib + Foto İyl 14, 2022 | 17:58 / Mühüm hadisələr

14 iyul 2022-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitut direktoru akademik İradə Hüseynovanın 01 fevral 2022-ci il tarixli 29 №-li əmri ilə yaradılmış Attestasiya komissiyası qarşısında magistrantlar fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti haqqında məruzə ediblər. Hər bir magistrantın ixtisas və qeyri-ixtisas fənləri üzrə imtahan nəticələri müzakirə edilib.

Attestasiyada I kursu başa vuran  “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 4, “Biotexnologiya” ixtisası üzrə 3 nəfər magistrant iştirak edib.

Attestasiya komissiyasının sədri akademik İradə Hüseynova hər bir magistrantın elmi rəhbəri tərəfindən verilən sərbəst mövzu üzrə elmin son nailiyyətləri haqqında təqdimat xarakterli çıxışlarını dinləmək üçün payız semestrində xüsusi elmi sessiyanın təşkil edilməsini institutun Təhsil şöbəsinə tapşırıb.

 Attestasiya komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.