sa sa 729
“Elm və həyat” jurnalının Akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb İyl 21, 2022 | 12:00 / Nəşrlər

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının Akademiyanın “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.

Jurnalda “Elm, bilik və texnologiya bayramı”, “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclası, akademik Arif Həşimovun AMEA Rəyasət Heyətinin xüsusi iclasında çıxışı, akademik İsa Həbibbəylinin “TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə birliyinin elmi-texnoloji jestidir”, akademik Rasim Əliquliyevin “TEKNOFEST Azərbaycan” sərgisində İnformasiya Texnologiyaları İnstitutunun intellektual məhsulları nümayiş olundu”, akademik Əli Abbasovun “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu yüksək texnoloji layihələrlə çıxış etdi” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “TEKNOFEST Азербайджан”: краткий обзор праздника науки, технологий, развития и единства” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “TEKNOFEST” sərgisində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu yeni texnologiyalarını təqdim etdi”, AMEA-nın müxbir üzvü Oktay Qasımov “TEKNOFEST Azərbaycan”: AMEA-nın Biofizika İnstitutunun iştirakı və yeni vəzifələri”, AMEA-nın müxbir üzvü İslam Mustafayevin “TEKNOFEST Azərbaycan” festivalında iki eksponatla təmsil olunduq”, texnika elmləri doktoru Nizami Mürsəlovun “Müəssisələrimizin birgə layihələri “TEKNOFEST Azərbaycan” sərgisində uğurla nümayiş edildi”, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasovun “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşdirəcək” və s. məqalələrlə tanış ola bilərsiniz.

science.gov.az