sa sa 279
“Həyat elmləri və biotibb” jurnalının növbəti nömrəsi işıq üzü görüb İyl 22, 2022 | 14:00 / Nəşrlər

AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının növbəti nömrəsi (cild 4(77), №1, 2022) işıq üzü görüb. Jurnalın bu nömrəsində AMEA-nın institutlarında və respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 13 məqalə yer alıb ki, onların elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur. Qeyd edək ki, yalnız ingilis dilində nəşr edilən “Həyat elmləri və biotəbabət” jurnalı və onun internet saytı müasir tələblərə uyğunlaşdırılıb və nüfuzlu beynəlxalq indeksləşən bazalara (Scopus, Web of Sciences və s.) daxil olması üçün lazımi addımlar atılmaqdadır.

science.gov.az