sa sa 791
“Elm” qəzetinin yeni sayı çap olunub İyl 22, 2022 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu haqqında məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı, İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbərliyinin Fizika İnstitutuna ziyarəti, “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda beynəlxalq konfrans, Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının iclası, “Əkinçi” sözündən vətən yaradanlar”, “Azərbaycan elminin parlaq gələcəyi naminə”, “Şuşa səfəri təəssüratı” sərlövhəli məqalələr, yeni nəşrlər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az