sa sa 317
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb İyl 30, 2022 | 18:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin yeni sayında “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı, ölkə başçısının müvafiq Fərmanının elm və təhsil ictimaiyyəti qarşısında müəyyənləşdirdiyi yeni vəzifələr, akademiklər Arif Həşimov, İsa Həbibbəyli, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova və Fəxrəddin Qədirovun ölkəmizdə  elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müsahibələri yer alıb.

Bundan əlavə, “Ulduz dinamikası və göy mexanikasına həsr olunmuş yeni monoqrafiya”, “Tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurun arxeoloji abidələri”, “Abşeronun “daş yolları”: ehtimallar və tarixi reallıq” sərlövhəli məqalələr, yeni nəşrlər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az