sa sa 747
Pakistanlı alimlər MBBİ-ni ziyarət ediblər + Foto Avg 23, 2022 | 18:00 / Görüşlər

Avqustun 22-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova və icraçı direktor b.ü.f.d., dosent Ələmdar Məmmədov Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Dr. Abdul Qayyum və Dr. Allah Bakhşhi ilə görüşüblər. Görüş zamanı akademik  İradə Hüseynova pakistanlı alimlərə MBBİ-nin yaranma tarixi, institutun elmi laboratoriyaları, onların tədqiqat istiqamətləri və burada aparılan elmi işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institutun əməkdaşları ilə pakistan alimlərinin əməkdaşlıq əlaqələri 20 ildən artıq tarixə malikdir.  Öz növbəsində qonaqlar Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin infrastrukturu, laboratoriyaları, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat veriblər. Sonra qonaqlar institutun laboratoriyaları, mövcud maddi-texniki bazası ilə yaxından tanış olunlar. Daha sonra molekulyar metodlarla yeni stresədavamlı buğda genotiplərinin yaradılması məqsədilə birgə hazırlanmış layihənin  detalları müzakirə edilib. Eyni zamanda hər iki elmi mərkəz arasında elmi əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar biologiya, molekulyar biotexnologiya, populyasiya genomiksi və digər istiqamətlər üzrə birgə layihələrin və  yüksəkixtisaslı gənc kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.