sa sa 951
b.ü.f.d. Səmra Mirzəyeva İslam İnkişaf Bankının təqaüdü ilə postdoktoral proqram çərçivəsində Ankara Universitetində tədqiqatlar aparmışdır + Foto Sen 01, 2022 | 09:58 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, “Molekulyar biologiya” ixtisasında elmlər doktoru hazırlığı üzrə dissertant, b.ü.f.d. Səmra Mirzəyeva İslam İnkişaf Bankının (İSDB) “Postdok” tədqiqat müsabiqəsinin qalibi kimi Türkiyə Respublikasının Ankara Universitetində elmi ezamiyyədə olmuş, 4 ay müddətində tomat bitkisinin biotik və abiotik streslərə davamlılığının molekulyar-genetik mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır. Tədqiqat obyekti olaraq, virusa qarşı həssas Money Maker və yerli sortlardan isə Yeganə və Şəlalə sortları götürülmüş,  xarici və yerli tomat sortlarının biotik və abiotik streslərə kompleks cavab reaksiyaları müqayisəli analiz edilmişdir. DNT və RNT genomlu virus infeksiyalarından olan TYLCV (Tomato Yellow Leaf Curl Virus) və ToCV (Tomato Chlorosis Virus) ilə yoluxdurulmuş bitki nümunələrində viruslar duplex PCR və nested PCR metodları ilə deteksiya edildikdən sonra qReal-Time PCR metodundan istifadə etməklə quraqlıq stresinə məruz qalmış bitkilərdə genlərin ekspressiyasına baxılmış, tomat bitkisində patogenlə əlaqəli olan cellulose-synthase like tip genlər müqayisəli analiz edilmişdir.