sa sa 3881
MBBİ-nin böyük elmi işçisi Aytən Ağayevanın dissertasiya işi ED 1.25 Birdəfəlik müdafiə şurasının nəzdindəki Elmi seminarda müzakirə olunub + Foto Sen 06, 2022 | 14:22 / Seminarlar

Sentyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayevanın 2415.01 - “Molekulyar biologiya” və 2422.01 - “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisaslarında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ED 1.25 Birdəfəlik müdafiə şurasının nəzdindəki Elmi seminarda müzakirəsi keçirilib. “Azərbaycanın neftlə çirklənmiş torpaqlarından ayrılmış bakteriyaların antibiotik aktivliyə görə tədqiqi” mövzusunda dissertasiya işinin elmi rəhbərləri akademik İradə Hüseynova və institutun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının müdiri, ABŞ İndiana Bioelmlər Elmi-Tədqiqat İnstitutunun tədqiqat direktoru professor Vidadi Yusibovdur. Dissertasiya işi ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində yerinə yetirilmişdir. İddiaçı dissertasiyanın əsas müddəalarını ətraflı şərh etdikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Səsvermənin nəticəsinə əsasən Aytən Ağayevanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.