sa sa 690
“Elm” qəzetinin yeni sayı nəşr olunub Sen 09, 2022 | 13:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanışlığına dair məlumat yer alıb.

Bundan əlavə, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə AMEA Rəyasət Heyətində keçirilən görüş, “Nizami Gəncəvi irsinin tədqiqi yeni mərhələdə” mövzusunda aparılan müzakirələr, “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq yay məktəbi, “Vətənə sonsuz məhəbbət, xalqına təmənnasız xidmət, dövlətə sədaqət nümunəsi”, “Böyük elm fədaisi, ictimai xadim”, “AMEA-nın qarşısında işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı mühüm vəzifələr dayanır”, “Biologiya elminə töhfələr verən yenilikçi alim”, “Bayatşünaslığa dəyərli elmi töhfə” sərlövhəli məqalələr, professor Adil Əliyevlə müsahibə, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az