sa sa 777
Akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüş keçirib  + Foto Sen 14, 2022 | 17:00 / Görüşlər

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüşüb. İnstitutunun magistraturasına bu il “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və “Bitki fiziologiyası” ixtisasları üzrə 12 nəfər tələbə qəbul olunub. Hazırda magistraturanın ikinci kursunda da 10 nəfər magistrant təhsil alır. Akademik İradə Hüseynova akademik Cəlal Əliyev məktəbinin davamı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elm və təhsilə qoyulan yüksək tələblər haqqında gənclərə məlumat verib. İradə xanım hazırda Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsilini uğurla davam etdirən institutun əvvəlki illərin məzunlarından söhbət açaraq magistrantlara təhsildə uğurlar arzulayıb. Görüşdən sonra magistrantlar institutun təhsil şöbəsinin tədris auditoriyaları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.