sa sa 721
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Sen 17, 2022 | 11:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid olmuş hərbi qulluqçularımızla bağlı paylaşımlarına dair məlumat yer alıb.

Bundan əlavə, Mədəniyyət naziri Anar Kərimovun Hüseyn Cavidin Ev Muzeyinə ziyarəti, AMEA-nın Rəyasət Heyətində Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev ilə keçirilən görüş, AMEA əməkdaşlarının Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbirində iştirakı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Şərqşünaslıq İnstitutunun Elmi şuralarının iclası, “Qubadlıda sonuncu Qarabağ xanı Mehdiqulu xanın yeni iqamətgahı - Xanlıq yaşayış məntəqəsi”, “Nəsimi sevgisi”, “Mayya dilində türk sözləri”, “Xarı bülbül “Elm və həyat”da” sərlövhəli məqalələr, yeni nəşrlər, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az