sa sa 2807
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası davam edir + Foto Yan 22, 2019 | 11:39 / İmtahanlar

Yanvarın 21-də Molekulyar biologiya ixtisası üzrə təhsil alan I kurs magistrantlar “Molekulyar enzimologiya və membranologiya” , həmin ixtisas üzrə təhsil alan II kurs magistrantlar “Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmləri”, Biokimya ixtisası üzrə təhsil alan I kurs magistrantlar “Metabolizmin əsasları”, həmin ixtisas üzrə təhsil alan II kurs magistrantlar isə “Müasir biokimya” fənlərindən imtahan verdilər. Tələbələr biliklərini uğurla nümayiş etdirdilər.