sa sa 4921
Bu gün biologiya üzrə fəlsəfə doktoru, dosent, MBBİ-nin qadınlar şurasının sədri Fazilə Qasımovanın 65 illik yubileyidir Okt 01, 2022 | 12:04 / Yubileylər

Oktyabrın 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası  laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, Institutun qadınlar şurasının sədri Fazilə Qasımovanın 65 yaşı tamam olur. Əzizimiz Fazilə xanım! Sizi yubiley münasibətilə təbrik edir, möhkəm can sağlığı, elmi fəaliyyətinizdə uğurlar arzulayırıq. MBBİ kollektivi olaraq Sizə - dostumuza, istənilən an asanlıqla yaxınlaşıb problemimizi deyə biləcəyimiz və bu problemin mütləq bir şəkildə həll olunacağına inandığımız bir insana öz səmimi, ürək sözlərimizi bildirmək istəyirik. MBBİ kollektivi olaraq Sizə doğum günündə Allahdan möhkəm can sağlığı, sağlam və mənalı ömür arzulayırıq. Qoy yaşınızın üstünə gələn hər il Sizin üçün unudulmaz, xoşbəxtliklərlə dolu olsun!

 Dərin hörmətlə,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi