sa sa 711
MBBİ-nin Proteomiks beynəlxalq laboratoriyasının müdiri Türkiyədə elmi ezamiyyətdə olub + Foto Okt 05, 2022 | 16:30 / Ezamiyyətlər

AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov Türkiyənin Van şəhərində yerləşən Yüzüncü Yıl Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyət ərzində İ. Zülfüqarov EURACLI’ 22 Beynəlxalq AvroAsiya İqlim Dəyişikliyi Konqresində iştirak edib. Konqresin plenar iclasında alim MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova ilə həmmüəllif olduğu “Azerbaycanda iklim değişikliği ve onun insan sağlığı ile etkisi” mövzusunda çıxış edib. İ.Zülfüqarov qeyd edib ki, Azərbaycanda və Türkiyədə iqlim şəraitlərinin oxşar olması eyni problemlərə gətirib çıxarır. Bu baxımdan, bu tipli konqresin Azərbaycanda da keçirilməsi məqsədəuyğundur. Məruzə böyük marağa səbəbə olub və mövzu ətrafında müzakirələr aparılıb. İ. Zülfüqarov həmçininin səfər çərçivəsində Van gölü ətrafındakı biomüxtəlifliklə tanış olub.