sa sa 749
Biologiya elmləri doktoru Şahniyar Bayramov RoxsyCOST proqramının ikinci illik konfransında iştirak edib Okt 11, 2022 | 11:00 / Ezamiyyətlər

AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimlyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, b.e.d Şahniyar Bayramov 04.10.22-06.10.22 tarixlərində elmi ezamiyyətdə olub. Alim Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən RoxsyCOST proqramının ikinci illik konfransında iştirak edib. Konfransda hipoksiyanın təsirindən meyvələrin yetişməsi və onların saxlanması zamanı müasir fizioloji, genomiks və metabolomiks səviyyələrində aparılan tədqiqat işlərinin nəticələri təqdim edilib. Dinlənilən məruzələr ətrafində maraqlı fikir mübadiləsi aparılaraq, bu sahədə olan problemlər geniş müzakirə olunub. Konfrans zamanı hipoksiya, meyvə fiziologiyası və məhsul yığımından sonra saxlanma haqqında müzakirələr aparılıb və gələcəkdə bu problemin həlli üçün birgə işlərin həyata kecirilməsinin vacibliyi vurğulanıb. Ş. Bayramov konfransın işçi qrupunun bu sahədə qarşıda duran problemlərin həlli yolları və gələcəkdə görüləcək elmi tədqiqat işlərinin planları haqqında müzakirələrdə iştirak edib. Alim yeni qrant layihələrinin hazırlanması və beynəlxalq qrant layihələrində iştirak etmək üçün bir sıra alimlələ fikir mübadiləsi aparıb.