sa sa 667
Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem şurasının iclası keçirilib Okt 13, 2022 | 13:00 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem şurasının iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda biologiya və aqrar elmləri üzrə 14 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları biologiya elmləri doktoru, professor Mustafa Mustafayev, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova və b. tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, işçi qrupların üzvləri, iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 13 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

science.gov.az