sa sa 618
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Okt 21, 2022 | 13:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakına, eləcə də Cəbrayıl rayonuna səfərlərinə dair məlumat, həmçinin “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA-da “Heydər Əliyev İli” çərçivəsində hazırlanmış Tədbirlər Planının müzakirəsi, Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş elmi konfrans, Kimya Elmləri Bölməsinin Elmi şurasının iclası, Qafqazşünasların Üçüncü Beynəlxalq Forumu, “Ulu Öndər və Azərbaycan elmi”, “2023-cü il Əliyevşünaslıqda yeni tarixi mərhələ olacaqdır”, “Nəzəriyyə ilə ədəbi tənqidin qovşağında”, “XX əsrin əvvəllərində milli intibah prosesləri” sərlövhəli məqalələr, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevlə müsahibə, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az