sa sa 4931
Bitki fiziologiyası üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub + Foto Okt 27, 2022 | 14:10 / Seminarlar

Oktyabrın 27-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 dissertasiya şurasının Bitki fiziologiyası üzrə elmi seminarında instututn Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramovanın 2411.02-“Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. “GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovadır. N.Bayramova dissertasiyanın əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Səsvermənin nəticəsinə əsasən Nərgiz Bayramovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.