sa sa 116
Azərbaycanlı alim Avropa Şurasının Biotibb və Sağlamlıq sahəsində insan hüquqları üzrə rəhbər komitəsinin iclasında iştirak edib Noy 11, 2022 | 09:00 / Konfranslar, iclaslar

Fransanın Strasburq şəhərində Avropa Şurasının Biotibb və Sağlamlıq sahəsində insan hüquqları üzrə rəhbər komitəsinin (CDBIO) növbəti plenar iclası keçirilib.

İclasda Azərbaycanı UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov təmsil edib.

Tədbirdə  aztapılan dərman vasitələrinə və tibbi avadanlıqlara ədalətli çıxış, könüllü tədbirlərin təşviqi üçün tövsiyə layihəsi, sağlamlıq savadlılığı üçün bələdçi - etimadın qurulmasına və səhiyyə xidmətlərinə ədalətli çıxışa töhfə vermək, uşaqların sağlamlıqlarına aid məsələlərlə bağlı qərar qəbuletmə prosesində onların iştirakına dair bələdçi, gənclər forumu, xəstələrin hüquqları ilə bağlı qanunvericiliyin və təcrübələrin icmalı, büroya seçki və s. məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Müzakirə edilən bir sıra məsələlər qərarların verilməsi üçün Avropa Şurasının Nazirlər Komitəsinə təqdim olunacaq.

science.gov.az