sa sa 2075
Elmi şuranın növbəti iclası keçirilmişdir + Foto Yan 30, 2019 | 15:46 / Konfranslar, iclaslar

30 yanvar 2019-cu il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  2019-cu ildə yerinə yetiriləcək iş planları, 2018/2019-cu tədris ilində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına sənəd vermiş dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin müəyyən edilməsi və digər təşkilati məsələlər müzakirə olundu.