sa sa 770
MBBİ-də təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib + Foto Noy 11, 2022 | 12:00 / Mühüm hadisələr

Noyabrın 11-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanın genetik identıfıkasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib. Tədbirdə İnstitutun baş direktoru, akademik İradə Hüseynova və Təhsil şıbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova iştirak edib. Üç gün müddətində davam edən təcrübə kursunda gənclər "Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu”, “Androgenə həssasızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsi”, “Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi” və “İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsi” mövzularında mühazirələr dinləyib və həmçinin praktiki məşğələlərdə iştirak ediblər. Akademik İradə Hüseynova tələbələrə sertifikatları təqdim edərək gənclərin elmi tədqiqat institutunda aparılan işlərlə yaxından tanış olması, onların elmə cəlb olunması, elm-təhsil əlaqələrinin genişlənməsində belə kursların mühüm əhəmiyyət daşıdığından söhbət açıb.