sa sa 668
İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib + Foto Noy 16, 2022 | 09:46 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Əvvəlcə 2022/2023-cü tədris ilində institutun doktoranturasına və magistraturasına qəbul olan doktorant və magistrların dissertasiya mövzuları müzakirə olunaraq onlara elmi rəhbərlər təyin edilib. Sonra Fotobioenergetika, Xloroplastların fotokimyası və Hüceyrənin membran sistemləri laboratoriyalarının illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov və Yaşar Feyziyev cari ildə aparılmış elmi tədqiqatlar, əldə olunan nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı  məlumat veriblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul edilib.