sa sa 611
AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. + Foto Noy 30, 2022 | 12:50 / Konfranslar, iclaslar

Noyabrın 29-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. İclasda institutun Bitki biotexnolofiyası laboratoriyası, Proteomiks beynəlxalq laboratoriyası, Beynəlxalq və İtimaiyyətlə Əlaqələr şöbəsi və Kitabxananın illik hesabatları dinlənilib. Bitki biotexnologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Mahirə Məmmədova və laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Sədaqət Əsədova, Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. İsmayıl Zülfüqarov cari ildə laboratoriya əməkdaşlarının çap işləri, konfranslarda iştirakı, yerli və xarici ezamiyyələr, kadr hazırlığı haqqında ətraflı məlumat verib. Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva institutun imbb.az saytına cari ildə ölkələr və aylar üzrə baxış sayı, saytın xəbərlər bölməsində yerləşdirilən məlumatların statistikası, institutun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması haqqında məlumatları şura üzvlərinin diqqətinə çatdırıb. Kitabxananın müdiri Günel Süleymanova institutun kitab fondunun elektron kataloqunun yaradılması istiqamətində aparılan işlərdən bəhs edib.

Hesabatlar ətrafında geniş müzakirələr aparılıb və hesabatların qəbul olunması haqqında qərar qəbul edilib.