sa sa 768
İllik hesabatlar davam edir + Foto Noy 30, 2022 | 15:00 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuda illik hesabatların dinlənilməsi davam edir.  Noyabrın 30-da institutun beynəlxalq laboratoriyaları, Həmkarlar təşkilatı, Gənc alim və mütəxəssislər şurasının illik fəaliyyəti haqqında hesabat verilib. Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, REA-nın müxbir üzvü Süleyman Allahverdiyev, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi İşçisi Aytən Ağayeva, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov cari ildə laboratoriyalarda görülən işlər, dərc olunan məqalələr və kadr hazırlığından bəhs edib. İnstitutun Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Səadət Xudaverdiyeva il ərzində institut əməkdaşlarına edilən maddi yardım, müxtəlif tədbirlərə ayrılan vəsait haqqında məlumat verib. İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Nərgiz Bayramova gənclərin cari ildəki fəaliyyəti, dərc olunan elmi işlər, beynəlxalq və yerli konfranslarda iştirakından bəhs edib.

Sonda edilən çıxışlar ətrafında müzakirələr aparılıb, təkliflər verilib və hesabatlar qənaətbəxs hesab edilərək qəbul edilib.