sa sa 626
AMEA-nın müxbir üzvü İbrahim Əzizov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub Dek 01, 2022 | 09:06 / Mühüm hadisələr

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

AzərTac