sa sa 4784
MBBİ-nin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyevanın 60 illik yubileyidir Dek 05, 2022 | 11:53 / Yubileylər

04 dekabr 2022-ci il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyevanın anadan olmasının 60, əmək fəaliyyətinin 35 ili tamam olur. M.Əliyeva institut əməkdaşlarının xarici institut alimləri ilə beynəlxalq əlaqələrinin qurulmasında, institutun elmi və ictimai həyatını əks etdirən məlumatların MBBİ-nin imbb.az və AMEA-nın science.gov.az saytlarda öz əksini tapmasında, institut əməkdaşlarının KİV-lərdəki çıxışlarının sosial şəbəkələrdə işıqlandırılmasında və eyni zamanda elmi əsərlərin xarici dillərə tərcümə olunmasında yaxından iştirak edir.

60 illik yubileyi münasibətilə Minaxanım Əliyevanı MBBİ kollektivi adından səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.