sa sa 573
Elmi şuranın növbəti iclası keçirilib + Foto Dek 06, 2022 | 09:15 / Konfranslar, iclaslar

Dekabrın 5-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının novbəti iscası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik İradə Hüseynova Prezident İlham Əliyevin sərəncamına əsasən Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan AMEA-nın müxbir üzvü İbrahim Əzizovu MBBİ-nin kollektivi adından təbrik edib. Akademik İradə Hüseynova Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Fazilə Qasımovaya 65 illik yubileyi, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyevaya 60 illik yubileyi münasibətilə MBBİ-nin fəxri fərmanlarını təqdim edib. Daha sonra institutun Bioinformatika, Populyasiya genomiksi və Bioadaptasiya laboratoriyalarının illik hesabatları dinlənilib. Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri b.ü.f.d., dosent Samirə Rüstəmova, b.e.d., dosent Tofiq Allahverdiyev b.ü.f.d, dosent Nərgiz Sultanova və b.ü.f.d. Səmra Mirzəyeva cari ildə laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, dərc olunan məqalələr, laboratoriya əməkdaşlarının beynəlxalq və yerli konfranslarda iştirakı və kadr hazırlığından bəhs edib. Məruzəçilər verilən sualları cavablandırıb. Çıxışlar ətrafında geniş müzakirələr aparıldıqdan sonra hesabatların qəbul olunması haqqında qərar verilib.