sa sa 539
.“Elm” qəzetinin yeni sayı çap olunub Dek 09, 2022 | 16:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsinə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyev İli”nin yol xəritəsi və vəzifələrimiz” sərlövhəli məqaləsi, “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar”, “Şuşa – 270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda elmi konfranslar, “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” adlı elmi sessiya, Ulu Öndər Heydər Əliyevin elm haqqında müdrik fikirləri, Şuşaya həsr olunmuş kitabların təqdimatı, “İranın anti-Azərbaycan təbliğatının mahiyyəti”, “Güney folkloru – milli varlığın ölməzlik qaynağı” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az