sa sa 2276
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Gənclər günü" - nə həsr olunmuş tədbir keçirilmişdir + Foto Fev 04, 2019 | 14:44 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “2 fevral – Gənclər günü” ilə bağlı tədbir keçirilmişdir. Akademik İradə Hüseynova ölkəmizdə uğurlu gənclər siyasətinin aparıldığını vurğulayaraq gənclərin müasir Azərbaycan elmində böyük rola malik olduğunu bildirmişdir. İradə xanım institutun elmi-pedaqoji həyatında gənclərin fəallığını xüsusilə qeyd etmiş, onlara zamanı düzgün dəyərləndirməyi, daim elmi axtarışda olmağı tövsiyyə etmişdir. Akademik nitqinin yekununda gənclərə şəxsi həyat və karyeralarında uğurlar arzulamışdır. Öz növbəsində institutun müəllimləri gəncləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulamışlar.