sa sa 559
“Elm” qəzetinin yeni sayı nəşr olunub Dek 16, 2022 | 13:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərinə dair məlumat, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə və N.A.Paşayevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ölkə başçısının sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Əbədiyaşarlıq nümunəsi”, eləcə də “Görkəmli ədəbiyyatşünas alim”, “Görkəmli coğrafiyaçı və torpaqşünas alim – akademik Həsən Əliyev” sərlövhəli məqalələr, Ulu Öndər Heydər Əliyevin alim və ziyalı haqqında müdrik fikirləri, AMEA-nın kollektivinin Ümummilli Liderin məzarını ziyarət etməsi, “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda beynəlxalq elmi seminar, “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az