sa sa 566
Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatının nümayəndələri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutnda olublar + Foto Dek 17, 2022 | 10:55 / Mühüm hadisələr

Dekabrın 16-da Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatının nümayəndələri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Gənclər İnstitutun Bioadaptasiya, Bitki biotexnologiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Xloroplastların Fotokimyası, Fotobioenergetika, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyası, Proteomiks beynəlxalq laboratoriyası, Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.