sa sa 540
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Dek 23, 2022 | 14:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşünə dair məlumat və “Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistana səfəri, Respublika Seysmoloji Xidmət Mərkəzinin, eləcə də Naxçıvan Bölməsinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatları, Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya, “Qarabağda tolerantlıq və multikulturalizm ənənələri” mövzusunda elmi konfrans, “Əbədi mogikan”, “Həyat amalı elm və təhsil olan istedadlı alim”, “Mənalı ömrün səhifələri”, “21 Azər hərəkatı və Azərbaycan Milli Hökuməti”, “Güney həsrətlisi və ümidlər şairi Balaş Azəroğlu”, “Şəki Regional Elmi Mərkəzinin 50 illik uğur yolu” sərlövhəli məqalələr, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az