sa sa 543
“Elm” qəzetinin 2022-ci ildə son nömrəsi işıq üzü görüb Dek 30, 2022 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “İlham Əliyev erası” sərlövhəli məqaləsi, akademik Ömər Eldarovun 95 illik yubileyinə həsr olunmuş konfrans, professor Həsən Mirzəyevin anadan olmasının 95 illiyinə dair elmi sessiya, AMEA-nın Kimya Elmləri, Biologiya və Tibb Elmləri, Fizika-Riyaziyyat və Texnika Elmləri, eləcə də İctimai Elmlər bölmələrinin 2022-ci ildəki fəaliyyətinə dair Ümumi yığıncaqları, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az