sa sa 1363
MBBİ-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub + Foto Dek 30, 2022 | 15:34 / Tədbirlər

Dekabrın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. İnstitutun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov institutun əməkdaşlarını təbrik edərək qarşıdan gələn yeni ildə onlara daha böyük elmi nailiyyətlər, can sağlığı və xoşbəxtlik arzuladığını bildirib. Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun Qadınlar Şurasının sədri Fazilə Qasımova, Həmkarlar Təşkilatının sədri Səadət Xudaverdiyeva və başqaları çıxış edərək bu günün azərbaycanlılar üçün ikiqat unudulmaz tarixi gün olduğunu qeyd edib və bu əziz gün münasibətilə öz sevinclərini bölüşüblər.