sa sa 2283
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb + Foto Yan 05, 2023 | 17:00 / İmtahanlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasına başlanılıb. “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Bitki fiziologiyası” ixtisasları üzrə təhsil alan 22 magistrant imtahanlara buraxılmışdır. Bu gün Biokimya ixtisası üzrə I kursda təhsil alan magistrantlar “Fotosintez”, II kursda təhsil alan magistrantlar isə “Stresin biokimyası”, Molekulyar biologiya ixtisası üzrə I kursda təhsil alan magistrantlar isə “Gen və zülal mühəndisliyi” fənlərindən imtahanlarda iştirak ediblər. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova imtahanların gedişatı ilə tanış olub və magistrantlara imtahan sessiyasında uğurlar arzulayıb.