Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları aparıcı elmi işçi, b.ü.f.d. Samirə Rüstəmova, aparıcı elmi işçi b.ü.f.d. Nərgiz Sultanova və elmi işçi Turanə İsgəndərova 26-30 dekabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən “Ardi Medikal Research and Diagnostics Co.” tədqiqat mərkəzində “BMC MİC” qPCR cihazının iş prisipi və istifadəsinin praktiki mənimsənilməsi məqsədilə təcrübə keçmədə olublar.