sa sa 5316
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasının növbəti imtahanları keçirilib + Foto Yan 12, 2023 | 10:55 / İmtahanlar

Yanvarın 10-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən qış imtahan sessiyasının növbəti imtahanında Molekulyar biologiya ixtisası üzrə təhsil alan I kurs magistrantlar “Fotosintezin molekulyar biologiyası” fənnindən, Molekulyar biologiya və Biokimya ixtisası üzrə təhsil alan II kurs magistrantlar “Bioinformatika” fənnindən, Biotexnologiya ixtisası üzrə təhsil alan II kurs magistrantlar isə “Mühəndislik enzimologiyası” fənnindən imtahan veriblər.

Yanvarın 12-də Bitki fiziologiyası üzrə təhsil alan I kurs magistrantlar "Böyümə, inkişaf və davamlılığın fiziologiyası" fənnindən imtahan veriblər.