sa sa 729
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları İzmir Yüksək Texnologiyalar İnstitutunda elmi ezamiyyədə olublar + Foto Yan 13, 2023 | 10:30 / Ezamiyyətlər

İnstitutun Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Səadət Xudaverdiyeva 04 - 07 yanvar 2023-cü il tarixlərində Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) “Plant Science and Technology Application and Research Center” tədqiqat mərkəzində elmi ezamiyyədə olub və tədqiqat mərkəzinin laboratoriyalarındakı bir sıra müasir cihazların iş prisipilərinə yiyələniblər. Səfər çərçivəsində İYTE-nin rektor köməkçisi Prof. Dr. Alper Baba, fənn fakültəsinin dekanı Prof., Dr. Bünyamin Akgül, Molekulyar biologiya və genetika şöbəsinin aparıcı elmi işçisi Dr. Asena Akköse Baytar ilə görüşərək MBBİ ilə İYTE arasında kadr hazırlığı və birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.