sa sa 523
“Elm” qəzetinin “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfransın materiallarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb Yan 13, 2023 | 14:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb.

Qəzetin xüsusi buraxılışı “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfransın materiallarına həsr olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri”, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Heydər Əliyev və mətbuat siyasəti”, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçilik ideyaları”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyev və Azərbaycan incəsənəti”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin “bir millət - iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin strategiyasıdır” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzələrinin geniş variantı xüsusi buraxılışda oxuculara təqdim edilir.

science.gov.az