sa sa 466
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb Yan 26, 2023 | 12:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası, AMEA prezidentinin Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, eləcə də Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanovla görüşləri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin “Horizon Avropa” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə görüşü, “Heydər Əliyev və Azərbaycan kimya sənayesi”, “Ulu Öndər Heydər Əliyevin dövlətçilik və demokratiya haqqında müdrik fikirləri”, “Qərbi Azərbaycanın gerçək kimliyini qaytarmasaq, acı tarix təkrarlana bilər”, “İntellektual (elmi və yaradıcılıq sahəsi üzrə) fəaliyyətlə uzunömürlülük arasında əlaqə”, “İranlılar İrana nə zaman gəliblər”, “Svanlar da türkdürlərmi?”, “Monidigah nekropolu” sərlövhəli məqalələr, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az