sa sa 5445
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasının növbəti imtahanı keçirilib + Foto Yan 26, 2023 | 13:00 / Dərslər

Yanvarın 26-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasının növbəti imtahanı keçirilib. İmtahanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birinci kurs magistrantları ilə yanaşı, Botanika, Mikrobiologiya, Genetik ehtiyatlar, Zoologiya İnstitutlarının magistrantları da iştirak ediblər. Biokimya, Molekulyar Biologiya, Biotexnologiya və Bitki Fiziologiyası ixtisasları üzrə təhsil alan tələbələr “Biologiyanın tarixi və metodologiyası” fənnindən imtahan veriblər.