sa sa 5286
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası başa çatıb + Foto Yan 31, 2023 | 15:00 / İmtahanlar

Yanvarın 31-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasının sonuncu imtahanları keçirilib. Molekulyar Biologiya, Biokimya, Bitki fiziologiyası və Biotexnologiya üzrə təhsil alan birinci kurs magistrantları “Molekulyar təkamül”, “Zülalların quruluşu, funksiyaları və sintezi” və “Metabolitlərin biotexnologiyası” fənnlərindən imtahan veriblər. İmtahanlar müvəffəqiyyətlə başa çatıb.