Fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət, çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bütün Azərbaycan xalqını sarsıdıb. Dəhşətli zəlzələ nəticəsində minlərlə insan həlak olub, yaralanıb və ya yaşayış yerindən məhrum olublar. Bu ağır gündə bütün Azərbaycan xalqı Türkiyənin dərdinə şərik olur. Azərbaycan və Türkiyə hər zaman dar gündə bir-birinin yanında olub və olacaq. Türkiyənin kədəri bizim kədərimizdir. Allah ölənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin.