sa sa 576
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Türkiyədə baş verən zəlzələdən zərərçəkən insanlara yardım kampaniyasına qoşulub Fev 09, 2023 | 16:20 / Mühüm hadisələr

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun kollektivi Türkiyədə təbii fəlakətdən zərərçəkən insanlara kömək məqsədilə yardım kampaniyasına qoşulub.

Kişi, qadın və uşaqlar üçün isti geyimlər müvafiq toplama məntəqəsinə çatdırılıb. Bundan əlavə zəlzələdən zərər çəkmiş ailələrə MBBİ-nin əməkdaşları tərəfindən ilkin olaraq toplanan 1100 manat məbləğində maddi yardım göndərilib.