sa sa 569
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I kursda təhsil alan magistrantların attestasiyası keçirilib + Foto Fev 10, 2023 | 13:00 / Mühüm hadisələr

AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynovanın 25 yanvar 2023-cü il tarixli 29 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti müzakirə edilib. Attestasiyada “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Bitki fiziologiyası” ixtisasları üzrə təhsil alan 12 magistrant iştirak edib. İclas hibrid formatda (onlayn və əyani olaraq) keçirilib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.