sa sa 505
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Fev 10, 2023 | 16:30 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etməsi və çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verməsinə dair məlumat yer alıb.

Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə göndərilən humanitar yardım, akademik İsa Həbibbəylinin Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verməsi, AMEA-da Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr olunmuş müşavirə, TÜBA prezidentinin və TÜBİTAK-ın rəhbərinin akademik İsa Həbibbəyliyə ünvanladıqları təşəkkür məktubları, AMEA-nın elmi müəssisə və təşkilatlarının Türkiyə üçün yardım kampaniyasına qoşulması, Akademiyada “Əlişir Nəvai və XXI əsr” mövzusunda keçirilən 8-ci beynəlxalq konfrans, “Heydər Əliyev və Azərbaycanda arxeologiya elminin inkişafı”, “İranın anti-Azərbaycan siyasəti və Azərbaycan səfirliyində terror hadisəsi”, “Məmməd Cəfər Cəfərovun elmi yaradıcılığı”, “Qadınlar elmdə” sərlövhəli məqalələr və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az