sa sa 2391
“Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Fev 11, 2019 | 15:28 / Tədbirlər

Qadınlar şurasının “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuş tədbiri keçirilmişdir. Şuranın sədri b.ü.f.d. Fazilə Qasımova tədbiri giriş sözü ilə açaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününün təsis edilməsiylə müasir elmdə xanımların fəaliyyətinin daha da önə çıxdığını qeyd etmişdir. O Azərbaycan qadınlarının elmdə rolunun getdikcə artdığını və bunun bariz nümunəsi kimi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununa qadın alim, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyini göstərmişdir. Sonra “Bioadaptasiya” laboratoriyasının elmi işçisi Səmra Mirzəyeva institutda qadınların böyük əksəriyyət təşkil etdiyini, elmi və ictimai həyatda fəal olduqlarını vurğulamışdır.  “Hesablama struktur biologiyası” laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva dünya elmi tarixində qadınların adıyla bağlı olan bir sıra mühüm kəşflərdən bəhs etmişdir. “Genomun quruluşu və ekspressiyası” laboratoriyasının aparıcı elmi işçisi Səadət Xudaverdiyeva və “Xloroplastların fotokimyası” laboratoriyasının kiçik elmi işçisi Könül Tağıyeva dünya statistikasında kişilərin üstünlüyünə baxmayaraq müasir dövrdə ötən illərə nisbətən elmi fəaliyyətlə məşğul olan qadınların sayının artdığını bildirmişlər.