sa sa 586
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda II kursda təhsil alan magistrantların attestasiyası keçirilib + Foto Fev 17, 2023 | 17:08 / Mühüm hadisələr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda artıq təhsilin üçüncü semestrini uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynovanın 25 yanvar 2023-cü il tarixli 29 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, elmi-tədqiqat işlərinin yerinə yetirilmə və aprobasiya vəziyyəti müzakirə edilib. Attestasiyada “Molekulyar biologiya”, “Biokimya” və “Biotexnologiya” ixtisasları üzrə təhsil alan 10 magistrant iştirak edib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.